Limit sviçləri: işləmə prinsipi və tətbiq sahələri

Limit sviçi obyekti və ya hər hansı maşın hissəsini onunla birbaşa fiziki təmasda olaraq aşkar edə bilən qurğudur. Məsələn, avtomobil qapılarında, soyuducunun qapısında bu qurğulardan istifadə edilə bilər. Həmçinin sənayedə təhlükəli yerlərin qapılarında, hər hansı qurğununu hərəkətininin sərhəd yerlərində də bu qurğulardan geniş istifadə olunur.

Necə işləyir?

Limit sviçləri iki əsas hissədən ibarətdir: mexaniki aktuator və onunla əlaqəli elektrik kontaktıları. Obyekt mexaniki aktuatora toxunanda aktuator hərəkət edir, aktuatorun hərəkəti elektrik kontaktlarını dəyişdirir: normalda açıq (NO) kontaktlar bağlanır, normalda bağlı (NC) kontaktlar açılır.

Limit sviçinin işləməsi

Limit sviçlərinin bir və ya bir neçə elektrik kontaktı ola bilər.

Mexanizmlərinin növlərinə görə limit sviçləri müxtəlif formalarda olurlar. Burda əsas kriteriya limit sviçinin hansı mühitdə işləməsidir. Aşağıda müxtəlif markalara aid limit sviçlərinə baxa bilərsiz:

Roller
Lever
Roller-lever
Plunger
Whisker

Tətbiqləri

  • Soyuducuların qapılarında istifadə olunur. Soyuducunu açdığımız zaman işıq yanır.
  • Qaraj qapılarının tam açıq və tam bağlı vəziyyətlərinin müəyyən edilməsində istifadə olunur.
  • Sənaye avadanlıqlarının hərəkətli hissələrinin maksimum və minimum nöqtələrinin müəyyən olunmasında tətbiq edilir.

Müsbət cəhətləri

  • Sənaye üçün əlverişli olan dözümlü dizayn
  • Az enerji sərfiyyatı
  • Asan quraşdırılması
  • Adətən güclü elektrik kontaktlarına malik olurlar. Bununla da əlavə rele qoşulmadan birbaşa həmin kontaktlardan yüksək cərəyan keçirmək olur.

Mənfi cəhətləri

  • Onlar mexaniki olaraq işlədiyi üçün çox sürətli maşınlarda işləyə bilmirlər.
  • Birbaşa obyektə təmas edərək işləməlidir.
  • Mexaniki hissələr zaman keçdikcə köhnəlir, boşalır və zədələnir. Vaxtaşırı periodik təmirə və dəyişdirilməsinə ehtiyac olur.

SON ƏLAVƏ OLUNANLAR