ServiX Engineering layihəsinin əsas məqsədi avtomatika mühəndisliyi sahəsinə olan marağı artırmaq və bu istiqamətdə həm tələbələr, həm də mütəxəssislər üçün faydalı resurslar təqdim etməkdir. Bütün dünyada bu sahələr sürətlə inkişaf edir.
ServiX Engineering Azərbaycanda bu inkişafa dəstək olmaq üçün yaradılıb. Layihə çərçivəsində biz həm nəzəri, həm də praktiki biliklərin paylaşılmasına önəm veririk. Çünki mühəndislik yalnız nəzəriyyədən ibarət deyil, onu tətbiq etmədən həqiqi mənada öyrənmək mümkün olmur.
Saytımızda, YouTube kanalımızda və sosial media səhifələrimizdə yazılar, qısa video dərsliklər və praktiki izahlarla mühəndislər üçün yaxşı məzmun hazırlamağa çalışırıq. Öz bilik və təcrübəmizi tələbələrə, gənc mütəxəssislərə və sahəyə marağı olan hər kəsə çatdırırıq.
ServiX Engineering layihəsini 2025-ci ilin payızında Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasına təqdim etmişdik. 2026-cı ilin fevral ayında proqramın qalibi olduq. Aprel ayından başlayaraq tələbə və gənc mütəxəssislərə avtomatika sahəsində praktiki təlimlər təşkil edirik.
Əminik ki, Azərbaycanda avtomatika sahəsinin inkişafı ölkənin ümumi texnoloji və sənaye inkişafına birbaşa təsir göstərəcək. Məqsədimiz bu bilikləri daha geniş kütləyə çatdırmaq, xüsusən də gənclərin bu sahəyə marağını artırmaq və onların real layihələrdə iştirakını təmin etməkdir.