Dəqiqlik və həssaslıq arasında fərq nədir?

Dəqiqlik (accuracy) və həssaslıq (precision) ölçmələrin xətası haqqında düşünülən iki anlayışdır. Dəqiqlik, ölçülmüş dəyərin həqiqi dəyərə nə qədər yaxın olduğunu göstərir və bu, müxtəlif sahələrdə, məsələn, statistik analizdə, elmi tədqiqatlarda və mühəndislik tətbiqlərində çox önəmlidir. Həssaslıq isə ölçülmüş dəyərlərin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir, yəni eyni ölçməni təkrar edəndə əldə olunan nəticələrin bir-birinə nə dərəcədə bənzədiyini göstərir. Ölçülmüş dəyərlərin həm dəqiq, həm də həssas olmağı arzuolunan haldır, çünki bu, məlumatların etibarlılığını artırır və qərar vermə prosesini daha effektiv hala gətirir. Bu iki anlayışın düzgün və uyğun şəkildə anlaşıldığı zaman, elmi və mühəndislik təcrübələrində daha etibarlı nəticələr əldə etmək mümkündür.

Gəlin voltmetr istifadə edərək elektrik gərginliyini ölçək. Gərginliyin həqiqi dəyəri 230 V-dur. Bir neçə dəfə ölçürük və aldığımız nəticələr belədir: 230.22, 230.22, 230.21, 230.21 və 230.22 V. Qeydə alınan nəticələr bir-birinə çox yaxındır və bu ölçmələrin nəticəsini həssas hesab edə bilərik.

Digər voltmetrlə eyni gərginliyi ölçməyə çalışaq. Bu dəfə aldığımız dəyərlər  230.03, 230.09, 230.01, 230.05 və 230.07 Voltdur. Bu dəyərlər həqiqi qiymətə daha yaxındır. Bu ölçmələrin nəticəsini dəqiq hesab etmək olar.

Dəqiqlik və həssaslığı vizual şəkildə müqayisə etmək üçün tez-tez darts lövhəsi istifadə edilir:

Real həyatdan bir misala baxaq:

Siz qatar gözləyirsiniz və biletdə qatarın çatma vaxtı 18:30 qeyd olunub və qatar 18:30-da gəlib. Bu, dəqiqlikdir.

Digər halda qatarın gəliş vaxtı 18:30 olmağına baxmayaraq 18:40-da gəlib və bu hadisə ardıcıl 5 gün davam edib. Bu göstərici həssasdır, amma dəqiq deyil.

Üçüncü vəziyyətdə qatar 18:30 əvəzinə 18:34, 18:39, 18:27 saatlarında gəlib. Bu göstəricilər həssas və dəqiq deyil.

Mənbə:

instrumentationtools.com

precisa.com

SON ƏLAVƏ OLUNANLAR