Normal açıq və normal qapalı kontaktlar avtomatika və idarəetmə sistemlərinin əsas hissələrindən biridir. Normal açıq və normal qapalı kontaktlar qısacaq olaraq müvafiq olaraq NO (normal open) və NC (normal closed) olaraq qeyd olunurlar. Bu terminlər rele, kontaktor, sviçlər və digər qurğulardakı kontaktların normal, yəni heç bir xarici təsir olmadan hansı vəziyyətdə olduğunu müəyyən edir. Mühərriklərin sürücülərinin işə salınması, dayandırılması, sürücünün işləmə vəziyyətini bilmək, klapanın açıq və qapalı vəziyyətlərini görmək, səviyyə sviçləri, təzyiq sviçləri və bir çox başqa müxtəlif tapşırıqlar adətən açıq və normal qapalı kontaktlardan istifadə etməklə icra olunur.
NO və NC kontaktlar necə işləyir?
NO kontakt dedikdə normal halda açıq olan və yalnız müəyyən bir şərt yerinə yetirildikdə bağlanan kontakt nəzərdə tutulur. Məsələn:
- Təzyiq sviçləri: Təzyiq açarlarında NO kontakt yalnız təyin olunmuş təzyiq səviyyəsinə çatdıqda bağlanır.
NO kontaktın əsas xüsusiyyəti: Normalda cərəyan keçməz, yalnız aktivləşdirildikdə dövrəni tamamlayar.
NC kontakt isə tam əks prinsip üzrə işləyir. Normal halda qapalı olur və yalnız müəyyən bir şərt yerinə yetirildikdə açılır. Misal:
- Rele kontaktları: Relelərin NC kontaktları relenin sarğısına cərəyan verilmədiyi halda bağlıdır və cərəyan verildikdə isə açılır.
NC kontaktın əsas xüsusiyyəti: Normalda cərəyan keçirir, yalnız aktivləşdirildikdə dövrəni qırır.
Bir nümunəyə baxaq. Məsələn, qapı zəngini buna misal olaraq göstərə bilərik. Qapı zənginin düyməsi basılmayana qədər zəng çalınmayacaq.

Kontaktların necə təyin etmək olar?
Sviçlərin, relelərin, kontaktorların, düymələrin üzərində NO və ya NC işarələri olur.
Multimetrlə müqaviməti yoxlamaqla. NO kontaktın müqaviməti sonsuz olur. NC kontaktın müqaviməti 0-a yaxın olur.
Bəzi qurğularda NC kontaktlar qırmızı, NO kontaktlar isə yaşıl rənglə işarə edilir.



Mənbə:
- e-switch.com
- instrumentationtools.com
- automationforum.co







