Elektromexaniki rele avtomatika sistemləri və idarəetmə dövrələri üçün vacib elementdir. Rele kiçik cərəyanla böyük elektrik dövrələrini idarə etməyə imkan verir. Məsələn, sensorların çıxış siqnalları adətən kiçik cərəyanlar ötürür, lakin bu siqnallarla böyük qurğuları idarə etmək lazım gəldikdə, relelər bu keçidi təmin edir.
Rele ilk dəfə 1835-ci ildə amerikalı alim Yozef Henri tərəfindən kəşf edilib.
Elektromexaniki rele necə işləyir?
Relenin əsas komponentləri bunlardır:
- Elektromaqnit sarğı
- Hərəkətli kontaktlar (Common)
- Sabit kontaktlar (açıq və ya qapalı)
- Mexaniki yay
Relenin iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır və onun əsas elementi elektromaqnit sarğısıdır. Sarğı enerjiləndikdə ətrafında maqnit sahəsi yaranır və bu, hərəkətli (common) kontaktları cəzb edərək normal açıq kontaktı qapayır və normal qapalı kontaktı açır. Sarğıdan enerji kəsildikdə isə maqnit sahəsi yox olur, mexaniki yay hərəkətli kontaktları əvvəlki normal vəziyyətinə qaytarır. Yay, həmçinin kontaktların düzgün işləməsini və sabit vəziyyətdə dayanmasını təmin edir.
Elektromexaniki relenin necə işləməsi şəkildə göstərilib. Yuxarıdakı şəkil relenin sarğısının (1) enerjilənmədiyi vəziyyəti göstərir. Bu vəziyyətdə (2) mexanizmi sabit vəziyyətdədir. (4) hərəkətli (common) kontaktı və (3) kontaktı qapalı, həmçinin (4) və (5) kontaktları açıq vəziyyətdədir.
Aşağıdakı şəkil sarğının enerjiləndiyi vəziyyəti göstərir. Burada (1) elektromaqnit sarğısının ətrafında yaranan maqnit sahəsi (2) mexanizmini özünə cəzb edir. Ona bitişik olan (4) hərəkətli (common) kontaktı sağa tərəf əyilir. Bu zaman (4) və (5) kontaktları qapanır, (4) və (3) kontaktları isə açıq olur.

Relenin kontaktarı və elektromaqnit sarğısı elektrik sxemlərində IEC 60617 standartına əsasən şəkildəki kimi göstərilir. A1 və A2 elektromaqnitin qidalanma birləşmələri, 11 – hərəkətli (common) kontakt, 12 normal qapalı kontakt, 14 isə normal açıq kontaktı göstərir.

Mənbə:








