Fotoelektrik sensorların əsas növləri və xüsusiyyətləri

Fotoelektrik sensorlar obyektin mövcudluğunu və ya onda olan dəyişikliyi müəyyən edən cihazlardır. Sənayenin müxtəlif sahələrində istifadə olunur. Bu cihazlar işləyərkən təyin etdikləri obyektlə təmasda olmurlar. Fotoelektrik sensorlar əsasən iki hissədən ibarət olur: işıq şüasını göndərən emitter və qəbul edən resiver hissəsindən. Emitterin göndərdiyi işıq maneədə kəsilərsə və ya əks olunarsa resiver bu dəyişikliyi hiss edir və onu elektrik siqnalına çevirir. Əksər fotoelektrik sensorlar adi işıq və ya infrared işıq şüalandırırlar.

Əsas xüsusiyyətləri

  • Bu sensorlar vasitəsilə 10 metrdən artıq məsafədə obyekti təyin etmək mümkündür.
  • İstənilən materialdan olan obyekti təyin etməyə imkan verir.
  • İşıq şüasi ilə işlədiyi üçün sürətli reaksiya vaxtına malikdir.
  • Fiziki olaraq obyektə toxunmadan təyin edə bilir.
  • Quraşdırılması asandır.

Fotoelektrik sensorların növləri

Through-beam

Bu növ sensorlarda resiver və emitter ayrı-ayrı qurğulardır. Bu sensorların düzgün işləməyi üçün onlar üz-üzə bir xətt boyunda ayarlanmalıdılar. Emitterdən ötürülən siqnal kəsilmədən resiverə çatmalıdır. Əgər arada maneə olsa, siqnal tam çatmasa, onda sensor çıxış siqnalı verəcək.

Through beam tipli sensorlar digərlərinə nisbətən daha uzun məsafələrdə istifadə oluna bilir. Amma digərlərinə nisbətən daha bahadır. İki cihaz olduğu üçün iki kabel və quraşdırma dəstəyi tələb edir. Şəffaf nazik cisimləri təyin edə bilmir. İşıq şüası onun içindən keçir və resiverə çatır.

Pepperl Fuchs markasına aid through beam tipli sensor

Retro-reflective

Retroreflective sensorlarda emitter və resiver eyni qurğunun üzərində yerləşir. Bu sensorlar əksetdirici lövhə birgə işləyirlər. Əksetdirici lövhə eyni xətt boyunca sensorla üz-üzə quraşdırılır. Sensorun emitterindən çıxan işıq şüası əksetdiricidən resiverə geri qayıdır. Sensor və əksetdirici arasında maneə olmasa, sensor çıxış siqnalı hasil edir. Əgər aralarında bir obyekt olsa, onda sensor çıxış siqnalı vermir.

Bu tip sensorların mənfi cəhəti əksetdirici lövhə ilə sensor arasından parlaq cisim keçdikdə işıq şüasının parlaq cisimdən əks olunma ehtimalıdır.

Konveyor xətti üzərində retro-reflektive sensor

Diffuse-reflective

Diffuse-reflective sensorlarda da emitter və resiver eyni komponentin üzərində yerləşir. Bu tip sensorlarda emitterden çıxan işıq şüası maneədən əks olunaraq resiverə qayıdır. Digər sensorlara nisbətən ən qısa reaksiya vaxtına malikdir. Həmçinin tək bir kompenentdən ibarət olduğu üçün nisbətən aşağı qiymətə tapmaq olur.

SICK markasına aid konveyor xətti üzərində yerləşdirilmiş diffuse-reflective sensor

PNP/NPN tipləri

Yuxarıda qeyd olunan hər üç növ sensorun modelindən asılı olaraq çıxış siqnalı müsbət və ya mənfi olur.

Məsələn, əgər sensor PNP tipdirsə, deməli, çıxışı müsbət siqnal ötürür. Sensorun çıxış kabeli “sinking” tipli giriş kartına bağlanacaq.

NPN tipli sensorlar isə çıxışda mənfi siqnal ötürür. Bu halda sensorun çıxış kabeli “sourcing” tipli giriş kartına bağlanmalıdır.

Light on/dark on xüsusiyyəti

Bəzi sensorların light on/ dark on rejimləri var. Bu rejimlər vasitəsilə sensorun nə vaxt çıxış siqnalı göndərəcəyini seçmək olur.

Light on rejimində sensorun çıxış siqnalı emitter və resiver arasında heç bir maneə olmadıqda aktiv olur, arada maneə olduqda isə çıxış siqnalı olmur.
Dark on rejimində isə işıq resiverə çatmayanda çıxış aktiv olur. Çatdıqda isə siqnal çıxış siqnalı olmur.

Mənbə:

realpars.com

omron.com

SON ƏLAVƏ OLUNANLAR