DIN relslərin tarixi, növləri və istifadəsi

DIN relslər elektrik panellərində istifadə olunan metal relslərdir. Onlar terminal blokları, avtomatlar, relelər və digər elektrik komponentlərini bərkitmək üçün nəzərdə tutulub. Sadə görünsələr də, elektrik avadanlıqlarının düzgün quraşdırılması və istismarı üçün vacib rol oynayırlar.

DIN relslərin tarixi

DIN – Deutsche Institut für Normung (Alman Standartlaşdırma İnstitutu) deməkdir. DIN Almaniyada sənaye və elektrik avadanlıqları üçün standartlar müəyyən edən bir təşkilatdır. İlk DIN relslər 1928-ci ildə Almaniyanın Rheinisch-Westfälisches Elektrizitätswerk – RWE şirkəti tərəfindən hazırlanıb. Əvvəllər onlar keramika materialdan idi, lakin zamanla metal relslərlə əvəz olundu. RWE tərəfindən hazırlanan bu sistemlər 1950-ci illərdə DIN təşkilatı bu standartları rəsmi olaraq təsdiqlədi və dünya üzrə geniş yayılmağa başladı. O vaxtdan bəri avtomatlar, terminal blokları və digər əsas elektrik avadanlıqları, demək olar ki, həmişə DIN relslərinə uyğun şəkildə istehsal olunur.

DIN rels növləri

DIN relslərin bir neçə növü var:

  • Top Hat (TS35) – Sənayedə elektrik avadanlıqlarını montaj etmək üçün ən çox istifadə olunan metal relslərdir. Kənardan baxanda forması bunlar şlyapaya bənzəyir — yəni üstü enli, altı isə bir qədər dardır. Adı da buradan götürülüb. Bu relslərin eni 35 mm olur. Dərinliklərinə görə 2 cür olurlar: 7.5 mm və 15 mm-lik. Əgər sən elektrik panosunda adi cihazlar (məsələn, avtomatlar, relelər, enerji mənbələri) montaj edirsənsə, 7.5 mm-lik TS35 rels kifayət edəcək. 15 mm-lik relslər daha böyük avadanlıqlar üçün nəzərdə tutulub.
  • G rels – Formasına görə “G” hərfinə bənzəyir. Bu reylərin bir tərəfi digərindən daha dərindədir, yəni simmetrik deyil. Nisbətən böyük cihazlar üçün əlverişlidir.
  • C rels (TS32) – Keçmişdə geniş istifadə olunmuş, 32 mm enində olan bir DIN reydir. Kənardan baxanda “C” hərfinə bənzəyən simmetrik bir forması var, ona görə buna C-profil DIN rels də deyilir.
  • Mini Top Hat (TS15) – Top hat DIN reylərinin kiçik versiyasıdır. Forma olaraq TS35-ə bənzəyir, amma ölçüləri daha balacadır. Eni 15 mm, dərinlikləri isə 5.5 mm olur.
Top Hat və Mini Top Hat
G rels
C rels

DIN relslərin üstünlükləri:

  • Elektrik komponentlərini birbaşa korpusa bərkitməkdənsə, onları DIN relsə taxmaq daha sürətlidir.
  • Əksər terminal blokları, dövrə ayırıcıları, kontaktorlar, qida mənbələri və PLC-lər DIN relslərə uyğun dizayn olunur. Bu da müxtəlif istehsalçılara aid avadanlıqların eyni rels üzərində quraşdırıla bilməsini mümkün edir.
  • Panellərdə cihazların yerləşdirilməsi üçün daha az montaj avadanlığı tələb edir.
  • Komponentləri rahat taxıb çıxarmaq və yerini dəyişmək olur.
  • Kabellərin səliqəli yerləşdirilməsinə kömək edir.
Elektrik şkafında DIN rels üzərinə quraşdırılmış müxtəlif elektrik qurğuları

DIN rels seçərkən diqqət etməli məqamlar

  • Avadanlıqların bir çoxu DIN relsləri üçün uyğunlaşdırılıb amma bəzi istehsalçılar xüsusi standartlardan istifadə edə bilər, ona görə bütün avadanlıqları sifariş edərkən ölçülərinə baxmaq lazımdır.
  • Quraşdırma asanlığı üçün rels seçərkən istifadə etdiyiniz elektrik qutusu ilə uyğun olmasına diqqət edin.
  • Metal panellərdə eyni materialdan olan relslər istifadə etmək tövsiyə olunur.
  • Hazır montaj dəlikləri olan relsləri quraşdırmaq daha rahatdır, ona görə yivli montaj relsləri seçmək tövsiyə olunur.

DIN relslər elektrik panellərində səliqəli, təhlükəsiz və standartlara uyğun bir quruluş yaratmağa kömək edir.

Mənbə:

  • polycase.com
  • rs-online.com

SON ƏLAVƏ OLUNANLAR