Arduino ilə proqramlanmış və qurulmuş dövrədə iki DC mühərrik drayver vasitəsilə idarə olunur. Birinci düymə basıldıqda hər iki mühərrik eyni istiqamətdə fırlanır. İkinci düymə basıldıqda isə mühərriklər əks istiqamətdə hərəkət edir. Dövrədə əlavə olaraq ümumi bir açar da qoşulub. Bu açar vasitəsilə dövrə tamamilə açılıb-qapadıla bilir.
Bu proses Arduinonun tətbiqini mənimsəmək üçün Arduino proqramında kod yazmaqla Arduino və onun drayverindən istifadə etməklə təcrübədən keçirilmişdir. Aşağıda isə DC mühərrikin irəli geri hərəkət etməsinin sadə şəkildə izahını görə bilərsiniz. Bu videoda sadəcə DC mühərrikin qidalanma qütblərinin yeri dəyişdirilərək hərəkət istiqaməti dəyişdirilib.








