3 fazalı mühərrikin qoşulması

3 fazlı asinxron mühərriklərin işə salınma üsullarından ən sadəsi DOL (Direct-On-Line) metodudur. Bu üsulda mühərrik birbaşa şəbəkəyə qoşulur və tam gərginlik altında işə düşür. Sadə quruluşu və ucuz olması üstünlükdür, lakin start zamanı yüksək cərəyan tələb edir. Videoda bu metod ilə mühərrik dövrəyə alınıb.

3 fazalı mühərriki həm forward (irəli), həm də reverse (geri) hərəkət etdirmək üçün 2 ədəd kontaktordan istifadə edəcəyik. Reverse hərəkəti təmin etmək üçün 2 fazanın yerini dəyişdirmək kifayət edəcək. Fazaların birin kabeli çıxdığı üçün motor hal-hazırda 2 faza ilə işləyir. Lakin mühərrikin 2 faza ilə işləməsi onun performansına təsir edir və bir müddət sonra motor sıradan çıxacaq.

SON ƏLAVƏ OLUNANLAR