Lövhənin sol tərəfində dəyişən gərginlik mənbəyinə qoşulmuş 2 ardıcıl rezistoru breadboard üzərində qurmaqla tezliyin dəyişməsinin aktiv müqavimətə təsiri olmadığını və dolayısı ilə həmin rezistor üzərinə düşən gərginliyin də dəyişmədiyini təcrübə edirik. Dəyişən gərginlik mənbəyi olaraq siqnal generatorundan və gərginliyin dəyişməsini müşahidə etmək üçün osilloqrafdan istifadə edirik. Gördüyünüz kimi siqnal generatorundan tezliyi artırdığımız və ya azaltdığımız zaman gərginlik sabit qalır (sadəcə zaman aralığı dəyişir). Tezliyin dəyişməsi aktiv müqavimətə təsir etmir, yalnız reaktiv müqaviməti (induktiv və tutum) dəyişir.








