Bildiyimiz kimi, diodun ikitərəfi vardır: anod – müsbət tərəfi və katod – mənfi tərəfi (diodun boz tərəfi əsasən mənfi tərəf olur). Diod cərəyanı bir istiqamətli keçirir (müsbət tərəfdən mənfi tərəfə doğru). 4 ədəd diodu bir araya gətirdiyimiz zaman isə diod körpüsü (Bridge Rectifier) əldə edirik. Bunun üçün 4 ədəd diodu müəyyən ardıcıllıq ilə bir birinə lehimləməyirik. Diod körpüsünü test etmək üçün transformator vasitəsilə 220 V AC gərginliyini 24 V AC gərginliyinə çeviririk. Sonra transformatordan əldə etdiyimiz 24 V AC gərginliyini diod körpüsünün giriş hissəsinə (diodların fərqli tərəflərinin birləşdiyi hissələrə) veririk. Multimeter ilə giriş gərginliyini yoxladığımız zaman 24.8 V görürük. Çıxış gərginliyini ölçdüyümüz zaman isə təxmini 21.8 V görürük. Bu gərginlik döyünən gərginlik hesab olunur. Döyünən gərginliyi sabit gərginliyə (DC) çevirmək üçün kondensator və sarğac əlavə edə bilərik. Multimeter ilə gərginliyi ölçən zaman AC və DC rejimlərindən düzgün istifadə etməyimizə diqqət edək. Diod körpüsündə əsasən 4 ədəd eyni diod istifadə olunur təcrübə zamanı isə 2 fərqli ölçüdə diod istifadə olunub.








