Limit sviçinin daxili quruluşu

Limit sviçin sökərək daxili quruluşunu analiz edirik. Limit sviçi mexaniki hərəkəti elektrik siqnalına çevirən cihazdır. Limit sviçin daxilində kontraktları olur (NC, NO). Limit sviçi işə düşən anda, yəni onun mexaniki qolunu (roller lever) sağa və ya sola çevirdiyimiz anda kontaktlar vəziyyətini dəyişərək (yəni NC-NO və NO-NC olaraq) dövrədə siqnal yaradır. Hər hansı bir obyekt müəyyən bir nöqtəyə çatanda limit sviçə toxunur və limit sviç də kontaktlarını dəyişir. Limit sviçlər sənaye müəssisələrində əsasən təhlükəsizlik məqsədilə elektrik panellərinin qapılarında istifadə olunur. Dəzgah işlədiyi zaman elektrik panelinin qapısı bağlı olmalıdır, əks halda HMI-da xəta ilə qarşılaşacağıq. Həmçinin konveyer sistemlərində obyektin mövqeyini təyin etmək üçün də limit sviç istifadə olunur. Sökdüyümüz limit sviçin üzərinə baxdığımız zaman 13-14 NO və 21-22 NC olduğunu görürük. Bunu multimeterin continuity rejimi ilə də yoxlaya bilərik. Multimeterin uclarını 21 və 22 olan hissələrə toxunduranda siqnal (bip) səsi eşidəcəyik. Limit sviçin mexaniki qolunu sağa və ya sola çevirdiyimiz anda bip səsi kəsiləcək. Həmçinin multimeterin uclarını 13 və 14 olan hissələrə toxunduranda bip səsi eşitməyəcəyik. Limit sviçin mexaniki qolunu sağa və ya sola çevirdiyimiz anda bip səsi eşidəcəyik. Limit sviçi tam sökdüyümüz vəziyyətdə kontaktlarının vəziyyətini necə dəyişdiyini vizual olaraq müşahidə edə bilirik.

SON ƏLAVƏ OLUNANLAR