Bildiyimiz kimi elektrik enerjisinin iki əsas növü var: tək fazalı və üç fazalı.
Tək fazalı enerji adətən evlərdə, məişət avadanlıqlarında və kiçik gücə malik cihazlarda istifadə olunur. Üç fazalı enerji isə daha çox sənayedə, böyük güc tələb edən mühərriklərdə və ağır avadanlıqlarda tətbiq edilir.
Bəs niyə elektrik enerjisi məhz 3 fazalı istehsal olunur?
Üç fazalı sistemdə cərəyanlar bir-birindən 120° bucaqla yerdəyişir. Bu o deməkdir ki, bir faza sıfıra düşəndə digər fazalar onu əvəz edir. Nəticədə, ümumi güc heç vaxt sıfıra enmir. Tək fazalı və ya iki fazalı sistemlərdə isə belə fasiləsizliyi əldə etmək olmur – güc müəyyən anlarda sıfıra yaxınlaşır və dalğalanmalar yaranır.
Əslində, nəzəri olaraq 6, 9 və ya 12 fazalı sistemlər də yaratmaq mümkündür. Lakin texniki və maliyyə baxımından ən optimal həll 3 fazalı sistemdir. Ona görə də bu gün dünyada elektrik enerjisi məhz 3 fazalı istehsal olunur və geniş şəkildə tətbiq edilir.








