Bildiyimiz kimi, tək fazlı elektrik yuvasında 220 V AC gərginlik mövcuddur. Bu dəyəri multimetrlə V~ (AC Voltage) rejimində ölçmək mümkündür. Gərginlik indikatoru vasitəsilə həmin gərginliyi rəqəmsal ekranda real vaxtda görə bilirik. Üzərində də qeyd olunduğu kimi 20 ilə 500 arası dəyişən gərginlikləri ölçmək üçün istifadə olunur. Eyni qaydada qida blokundan əldə etdiyimiz 24 V DC-ini ölçmək istədim, lakin ekranının işığı yanmadı çünki sabit gərginliyi ölçmə üçün nəzərdə tutulmayıb. Həmçinin transformator vasitəsilə 220 V AC gərginliyini 12 V AC gərginliyinə çevirib ölçmək istədik, lakin yenə ekranının işığı yanmadı, çünki 20 V AC ilə 500 V AC aralığını ölçmək üçün istifadə olunur.








