Rezistor və kondensatorla AC gərginlik bölücü

Dəyişən cərəyan mənbəyinə qoşulmuş 1 ədəd rezistor və 1 ədəd kondensatordan ibarət gərginlik bölücü dövrəsi qurmaqla tezlik dəyişməsinin tutum müqavimətinə təsirini təcrübə edirik. Dəyişən cərəyan (AC) mənbəyi olaraq siqnal generatorundan və gərginliyin dəyişməsini müşahidə etmək üçün osilloqrafdan istifadə edirik. Siqnal generatorundan tezliyi artırdığımız zaman kondensatorun tutum müqavimətinin azaldığını və dolayısı ilə kondensator üzərinə düşən gərginliyin də azaldığını osilloqrafda müşahidə edirik. Həmçinin siqnal generatorundan tezliyi azaltdığımız zaman kondensatorun tutum müqavimətinin artdığını və dolayısı ilə kondensator üzərinə düşən gərginliyin də artdığını osilloqrafda müşahidə edirik. Çünki tezlik ilə kondensatorun tutum müqaviməti tərs mütənasibdir. Eyni təcrübəni kondensatorun əvəzinə induktor (sarğac) istifadə etməklə də apara bilərik. Bu zaman induktorun müqaviməti ilə tezlik tərs mütənasib olduğuna görə tezliyi artıran zaman induktiv müqavimət artacaq və dolayısı ilə induktor üzərinə düşən gərginlik də artacaqdır. Tezliyi azaltdığımız zaman induktiv müqavimət azalacaq və dolayısı ilə induktor üzərinə düşən gərginlik də azalacaqdır.

SON ƏLAVƏ OLUNANLAR