Kondensatorun ölçülməsi və əvəz edilməsi

Kondensator 2 lövhədən və 1 dieletrik qatından ibarətdir. Kondensatorun qabarit ölçüləri onun tutumundan və gərginliyindən asılıdır. 1 mk F tutumlu və 12 V-luq kondensator yanıbsa – sıradan çıxıbsa, onu 1 mk F tutumlu və daha yüksək gərginliyə malik (məsələn, 420 V-luq) kondensator ilə əvəz etmək olar. Lakin qiyməti baha və ölçüsü böyük olacaq (mənfi tərəfləri).

Filter kimi istifadə olunan kondensatorları başqası ilə əvəz etmək olmur. Düzləndirici olaraq istifadə olunan kondensatorları daha yüksək tutumlu kondensatorlar ilə əvəz etmək daha yaxşıdır. Varactor diodu dəyişən tutumlu kondensator əvəzinə istifadə olunur (radio-tezlik dövrələrində).

Kondensatoru multimeter ilə ölçmək üçün multimeterin tutum rejimindən istifadə edə bilərik. Əgər tutum rejimi multimeterdə yoxdursa, multimeterin diod rejimi ilə ölçə bilərik. Bunun üçün öncə kondensatoru boşaltmaq lazımdır. Kondensatoru boşaltmaq üçün ayaqlarını bir-birinə vurmaq kifayət edəcəkdir. Ya da multimeterin bir ucunu eyni anda kondensatorun hər 2 ayağına toxundurmaq kifayət edəcək. Sonra isə multimeterin problarını kondensatorun ayaqlarına toxundurmaq lazımdır (qütblü kondensatorda müsbət qütbü qırmızı proba toxundurmaq lazımdır). Bu zaman kondensator multimeterin uclarından çox qısa müddətdə dolacaqdır. Ani olaraq ədədlər sürətlə dəyişəcəkdir.

Kondensatoru plata üzərində yoxlamaq məsləhət deyil çünki plata üzərində digər elementlər ilə paralel qoşula bilər və bu da səhv ölçməyə səbəb ola bilər. Əlacsız halda kondensatoru plata üzərində yoxlayası olsaq, gərginlik altında yoxlamaq qəti qadağandır. Əks halda cihazı sıradan çıxaracağıq.

SON ƏLAVƏ OLUNANLAR