3 fazalı mühərrik multimeterin VAC rejimi ilə faza-faza arası və faza-neytral arası gərginliyi ölçürük. Faza-faza arası gərginliyi yoxlamaq üçün multimeterin problarını iki faza üzərinə qoyuruq. Ardıcıl olaraq L1-L2, L2-L3, və L1-L3 fazaları arasında gərginliyi ölçürük və 405.9 V, 406.5 V və 407.0 V dəyərlərini müşahidə edirik. Faza-neytral (Line-Neytral L-N) arası gərginliyi ölçmək üçün multimeterin bir probunu fazaların birinə, digərini isə neytrala qoyuruq. Ardıcıl olaraq L1-N, L2-N və L3-N fazalar ilə neytral arasında gərginliyi ölçürük və 235.0 V, 235.0 V, və 234.3 V dəyərlərini müşahidə edirik. Faza-faza (Line-Line L-L) arası gərginlik faza-neytral arası gərginlikdən kökaltı 3 dəfə böyük olur.
3 fazalı mühərrik bir ədəd avtomat və bir ədəd NO kontaktoru ilə forward (irəli) hərəkət olaraq qoşulmuşdur. İdarəetmə dövrəsi olmadığı, yalnız güc dövrəsi olduğu və NO kontaktoru istifadə olunduğu üçün kontaktorun vəziyyətini dəyişmək üçün düyməsini fiziki olaraq basılı vəziyyətdə saxlamışıq.








