Sənayedə çox vaxt biz ölçdüyümüz parametrlərin (temperatur, təzyiq və ya axın) dəyərlərini elektrik siqnalı kimi ala bilmirik. Məsələn, termocüt sadəcə temperaturu ölçür, amma PLC və ya digər kontroller bu temperaturu oxumaq üçün standart elektrik siqnalına ehtiyac duyur.
Bunun üçün sensorların yaratdıqları elektrik siqnalı transmitter adlanan cihazlara ötürülür. Transmitterlər sensorların ölçdüyü fiziki dəyərləri qəbul edir və onları adətən 0-10 V və yə 4-20 mA aralığında elektrik siqnalına çevirir. Biz indi 4-20 mA aralığına çevrilməsinə baxırıq. Yəni sensorun ölçə bildiyi ən aşağı dəyər (məsələn, 0°C) 4 mA, ən yüksək dəyər isə (məsələn, 300 °C) 20 mA qəbul olunur. Aralıq dəyərləri də bu diapazonda xətti olaraq dəyişir.
Biz burada digər aralıq dəyərlərinə uyğun çıxış siqnalını hesablayacağıq.
Düstur aşağıdakı kimidir:

Burada:
- I – lazım olan aralıq qiymət üçün sensorun çıxış siqnalı
- X – sensorun təyin etdiyi fiziki dəyər
- Xmin – sensorun ölçə bildiyi minimum dəyər
- Xmax – sensorun ölçə bildiyi maksimum dəyər
- Imin – sensorun minimum çıxış siqnalı (4 mA)
- Imax – sensorun maksimum çıxış siqnalı (20 mA)
Aşağıda iki nümunədə bu düstura uyğun dəyərləri hesablamışıq.
Nümunə 1: Temperaturun ölçülməsi
Sensor 0–300°C aralığında temperaturu ölçə bilir. Hal-hazırda ölçdüyü dəyər 150 °C-dir.
Yəni
- X = 150 °C
- Xmin = 0 °C
- Xmax = 300 °C
- Imin = 4 mA
- Imax = 20 mA
Düsturda dəyərləri yerinə qoyub çıxış siqnalını hesablayaq.

Deməli, sensor 150 °C temperatur ölçəndə 12 mA çıxış siqnalı verəcək.
Nümunə 2: Təzyiqin ölçülməsi
Sensor 0–60 psi aralığında təzyiqi ölçə bilir. Hal-hazırda ölçdüyü dəyər 36 psi-dir.
Yəni
- X = 36 psi
- Xmin = 0 psi
- Xmax = 60 psi
- Imin = 4 mA
- Imax = 20 mA
Düsturda dəyərləri yerinə qoyub çıxış siqnalını hesablayaq.

Deməli, sensor 36 psi təzyiq ölçəndə 13.6 mA çıxış siqnalı verəcək.








