Avtomatika sahəsində belə bir deyim var – ölçə bilmədiyimiz obyekti idarə edə bilmirik. Öncə həmin obyekt haqda informasiya əldə etməliyik ki, onun haqda bizdə təsəvvür formalaşsın və onu idarə edə bilək. Bu proses ölçmə prosesi adlanır.
Ölçmə – obyektin ölçüləri, xarakteristikaları haqda xüsusi üsul və vasitələrin köməyi ilə aparılan prosesdir. Ölçmə bizə niyə lazımdır? Çünki ölçmə aparmasaq, obyekt haqda məlumat əldə edə bilmərik və onu idarə edə bilmərik.
Ölçmə aparan zaman ölçmə nəticəsini ifadə edəndə xüsusi vahidlərdən istifadə olunur. Çünki vahidlər ölçmənin mənasını düzgün başa düşməyə imkan verir.
Hər bir ölçmə zamanı xəta olur. Xətasız ölçmə olmur. Ölçmə xətası və adlı 2 anlayış var.
Ölçmə vasitəsinin xətası 3 qrupa bölünür :
- Gross Errors – Kobud xətalar
- Systematic Errors – Sistematik xətalar
- Random Errors – Təsadüfi xətalar
Gross Errors – Kobud xətalar
Kobud xətalar insan səriştəsizliyinə, diqqətsizliyinə görə baş verə bilir. Mühəndis ölçünü səhv qeyd edə bilər, və ya yanlış alətdən istifadə edə bilər. Kobud xətanı aradan qaldırmaq rahat və mümkündür.
Systematic Errors – Sistematik xətalar
Sistematik xətalar müəyyən qanuna uyğunluqla dəyişir. Bir ölçməni bir neçə dəfə aparırıq və hər dəfə eyni parametrdə eyni xətanı müşahidə edirik. Bu da eyni qanuna uyğunluqla dəyişir. Sistematik xətaların müxtəlif növləri var:
Observational Errors – Müşahidə xətaları
Müşahidə aparan zaman xəta baş verə bilər, cihazın sürtünməsi (paslanması) ola bilər, cihazın hansısa elementi qırıla bilər və ya cihaz kalibrasiya olunmamış ola bilər. Bu zaman müşahidə xətaları ilə üzləşə bilərik. Bu xətanı aradan qaldırmaq üçün cihazı kalibrasiya etmək kifayət edəcəkdir.
Random Errors – Təsadüfü xətalar
Təsadüfi xətalar ən təhlükəli xətalardır çünki təsadüfi xətaları aradan qaldırmaq mümkün deyil. Təsadüfi xətalar fərqli zamanda fərqli cür ortaya çıxırlar. Heç bir qanuna uyğun olaraq dəyişmirlər.
Təsadüfi xətaları Gauss normal paylama qanunlarından istifadə edərək minimuma salırlar. Gausun normal paylama qanunu ilə xətanın baş vermə ehtimalını, intensivliyini hesablayırlar. Xətanın baş vermə aralığı müəyyən müddət izlənilir. Paylanma sıxlığına görə xətanı minimum əymək üçün önləyici tədbirlər (predictive maintenance) görülür. Amma həmin xətanın kök səbəbi bəlli olmadıqca o xətanı aradan qaldırmaq olmur.








