Safety pull rope sviçin iş prinsipi və üstünlükləri

Safety pull rope sviçi istehsalatda, konveyerlərdə və böyük maşın qurğularında istifadə edilən təhlükəsizlik qurğusudur. İstehsalçılar tərəfindən rope pull switch, safe rope pull switch, safety rope emergency stop switch və başqa sözlərlə də adlandırılır. Azərbaycan dilinə tərcümə etdikdə “təhlükəsizlik ipi sviçi” deyə bilərik.

Onlar uzun konveyer xətləri, böyük maşın qurğuları və komplekssənaye xəttləri üçün nəzərdə tutulub. İstənilən şəxs ipi dartmaqla və ya sıxmaqla maşını və ya xətti dərhal dayandıra bilər.

İstifadəçi ipi dartdıqda və ya sıxdıqda açar mexanizmi işə düşür və emergency stop (E-STOP, fövqəladə dayanma) siqnalı göndərir. Bu, adi qırmızı fövqəladə stop düyməsindən fərqli olaraq yalnız bir yerdə deyil, bütün xətt boyu təhlükəsizlik təmin edir.

İşləmə prinsipi

Bu sviçlər iki hissədən ibarət olur: elektrik bağlantılarının yerləşdiyi bağlantı qutusu və ip. Adətən konveyor və ya istehsalat avadanlığı boyunca ip quraşdırılır. İpin bir tərəfi elektrik kontaktında yerləşən kontaktların vəziyyətini dəyişən mexanizmə bağlı olur, digər tərəfi isə mexaniki olaraq bir dayağa bərkidilir. İstənilən yerdə ip dartıldıqda elektrik kontaktlarının sistemə qəza siqnalı göndərir və beləliklə avadanlıq dərhal dayanır.

Bu sviçdə bir neçə elektrik kontaktı ola bilər və əlavə kontaktlar vasitəsilə vizual olaraq hansı nöqtədəki sviçdən siqnalın gəldiyini operator görə bilər.

Torna maşınında quraşdırılmış safety pull rope sviçi

Əsas üstünlükləri

  • Böyük sahələri qoruya bilir. Ənənəvi “e-stop” düymələri hər yerdə əlçatan olmur, avadanlığın hər nöqtəsində quraşdırıla bilmir. Bu qurğular isə istehsalçıdan və modelindən asılı olaraq 30-250 metr uzunluğunda məsafələrdə təhlükəsizliyi təmin edə bilər. Daha uzun məsafələr üçün bir neçə təhlükəsizlik ip sviçi ardıcıl quraşdırıla bilər.
  • İstifadəsi rahatdır. İşçi hər yerdən ipi dartaraq maşını dayandıra bilər. Bunun üçün xüsusi texniki biliyə ehtiyac yoxdur.
  • Davamlıdılar. Bu sviçlər adətən toz, rütubət, zərbə və temperatur dəyişikliyinə qarşı qorunur. Məsələn, IP65 və ya IP66 qoruma dərəcəsinə malik olurlar.
  • Tez aktivləşirlər: İp dartıldıqda elektrik kontaktları dərhal reaksiya verir və ani olaraq avadanlığı saxlayır.

SON ƏLAVƏ OLUNANLAR