Cersan Machinery markalı sənaye kleyləmə maşınında olan nasazlığı aradan qaldırdıq. Maşında kleyin ötürülə bilməmə problemi var idi. Diaqnostika apararkən hissə-hissə bütün detallar test edildi. HMI panelindən ayarlar yoxlanıldı. Bəzi ayarları dəyişdirilərək testlər edildi. Problemin hansı hissədə olmasını aşkar etmək üçün növbə ilə bütün avadanlıqlar dövrədən ayrıldı. Son olaraq problemin VFD-də olduğu aşkar edildi. Maşın tam olaraq hazır idi və növbəti addım olaraq VFD qoşulmalı idi, amma qoşulmurdu. VFD-də olan nasazlıq aradan qaldırıldan sonra yenidən dövrəyə alındı. Maşın əvvəlki kimi işləməyə davam etdi. Məhsulsuz və məhsul ilə testlər edildi.








