Elektrik xətlərinin üzərinə rəngli toplar niyə quraşdırılır?

Elektrik xətlərinin üzərində iri rəngli topları çoxumuz görmüşük. Onlar adətən sarı, narıncı, ağ, qırmızı rənglərdə olur.

Bu topların əsas məqsədi uçuş təhlükəsizliyini təmin etməkdir. Onları adətən dağ aşırımlarında, dərələrdə, böyük magistral yollarda və hava limanlarının yaxınlığından elektrik xətlərinin üzərində quraşdırırlar. Alçaqdan uçan təyyarə və helikopterlərdən elektrik xətlərini görmək çətin olur. Torpaq, asfalt və ağac fonunda bu xətləri ayırd eləmək çətinləşir. Amma bu topların köməyi ilə bu məsələ həll olunub. Rəngli toplar yuxarıdan daha aydın görünür və həm elektrik xətlərinin, həm də helikopterlərin, təyyarələrin təhlükəsizliyi təmin olunur.

Topların çəkisi təxminən 7-8 kq olur və plastikdən hazırlanır. 1950-ci illərdə istifadə olunmağa başlayıb.

SON ƏLAVƏ OLUNANLAR