Relenin iş prinsipi və kontaktların yoxlanılması

,

Rele – aşağı gərginlik və cərəyan ilə işləyən idarəetmə elementidir. Rele aşağı gərginlik və cərəyan ilə yuxarı gərginlik və cərəyan ilə işləyən dövrəni idarə edir – açıb bağlayır.

Relenin bobin (sarğac, coil) ayaqları olur. Relenin bobin ayaqları əsasən A1 və A2 olaraq işarə edilir. Gərginlik həmin bobin ayaqlarına verilir. 12 V-luq rele o deməkdir ki, relenin bobin ayaqlarını 12 V ilə qidalandırmalıyıq. Əlavə olaraq, relenin NO və NC kontakları olur. NO – normally open (normalda açıq); NC – normally close (normalda bağlı). Relenin bobin ayaqlarına gərginlik verən zaman relenin kontaktları vəziyyətini dəyişirlər – NO bağlanır, NC açılır (vəziyyətlərini dəyişirlər). Həmçinin, relenin com ayağı olur. Com common sözünün qısaltmasıdır. Com ayağı hərəkət edən kontaktdır (moving contact). NO və NC kontakları isə sabit kontaktlardır (fixed contact).

Relenin bobin ayaqlarını multimetr ilə yoxlayan zaman OL (Open Loop) və 0 görməməliyik. Əgər OL görəriksə, sarğac qopub. Əgər 0 om görürüksə, sarğacın ayaqları əriyərək bir birinə yapışıb. Normal halda multimetr ilə com kontaktı ilə NC kontaktı arasında yoxlama aparan zaman bip səsi eşitdəcəyik. Əgər gərginlik verəndən sonra həmin bip səsi kəsmirsə, sarğacın ayaqları əriyərək bir birinə yapışıb. Əgər həm gərginlik verməmişdən əvvəl, həm də gərginlik verəndən sonra da bip səsi yoxdursa, com ayağı qopub.

Relenin bobin ayaqlarına verilən gərginlik kəsilən anda induksiya cərəyanı yaranır (100 V-a kimi gərginlik yarana bilər). Ona görə də praktikada relenin sarğaclarının uclarına (paralel olaraq) əks istiqamətdə 1 ədəd diod birləşdirilir.

SON ƏLAVƏ OLUNANLAR