Arduinoda yazılmış proqrama əsasən düymələrdən birinə basdığımız zaman hər iki motor bir istiqamətdə fırlanır. Digər düyməni basdığımız anda isə əks istiqamətdə fırlanır. Düymələrin birində əlavə olaraq buzzer istifadə olunub. Buzzer pyezoelementdən hazırlanır. Pyezoelement kiçik zərbədən cərəyan yaradır. Buzzerlərın 2 növü var – aktiv və passiv buzzer. Aktiv buzzerlər DC ilə işləyirlər və qütblü olurlar. UPS və multimetrlərin bip rejimində istifadə olunurlar. Passiv buzzerlər isə AC ilə işləyirlər və qütbsüz olurlar.








