Rele soketinin əhəmiyyəti və seçilməsi

Aralıq relesi idarəetmə sistemlərinin ən vacib detallarından biridir. Müasir PLC sistemlərini də relesiz layihələndirmək mümkünsüzdür. Amma relenin özü qədər əhəmiyyətli bir detalı var: rele soketi.
Relenin fiziki quruluşu elektrik bağlantılarını etmək üçün çox əlverişli deyil. Birbaşa ora bağlantı etməyə çalışsaq, bu həm səliqəsiz görünər, həm də etibarlı olmaz. Ona görə relelər soketə taxılaraq dövrəyə alınır. Rele soketləri bəzən ikinci dərəcəli, nisbətən az əhəmiyyətli element kimi görünür. Amma onlar idarəetmə dövrəsi ilə rele arasında körpü rolunu oynayırlar.

Soketlərin bir çox üstün cəhətləri var.

  • Soketlər relelərin asanlıqla quraşdırılmasını və dəyişdirilməsini təmin edir. Beləliklə, həm yeni layihələrin icrası vaxtı, həm də təmir vaxtı işləri sürətləndirir.
  • Həmçinin diaqnostika zamanı soketin üzərindəki bağlantı girişlərini rahatlıqla multimetrlə yoxlamaq olur. Bu yolla həm NO, NC kontaktları, həm də relenin qidalanmasını yoxlamaq mümkündür.

Rele üçün rele soketi seçərkən onun cərəyan dəyərinə, pin sayına və quraşdırılma üsuluna baxmaq lazımdır. Bu üç parametr rele ilə uyğun gəlməsə düşməsə, releni dövrəyə almaq mümkün olmayacaq. Xüsusən, böyük layihələr üçün kütləvi sifarişdə diqqətdən qaçan kiçik bir uyğunsuzluq böyük nəticələrə gətirib çıxara bilər. Ona görə ən etibarlı metod soketi elə releni istehsal edən şirkətdən almaqdır.

DIN rels tipli rele soketi
PCB tipli rele soketi

SON ƏLAVƏ OLUNANLAR