Safety light curtain bizi nədən qoruyur?

Safety light curtain sənayedə çox yerdə istifadə olunmayan elementdir. Məqsədi təhlükəsizliyi təmin etməkdir. Hər avadanlıqda quraşdırılmasa da, quraşdırıldığı yerlərdə çox əhəmiyyətli rol oynayır.

Bu qurğular iki hissədən ibarət olur: işıq göndərən (transmitter) və işıq qəbul edən (resiver). Transmitter infraqırmızı işıq şüası göndərir və resiver bunu qəbul edir. Yəni transmitter və resiver arasında gözəgörünməyən infraqırmızı şüa pərdəsi yaranır. Kənar cisim bura daxil olduqda təhlükəsizlik qurğusu dərhal xəta siqnalı göndərir və avadanlığı saxlayır. Bu qurğu istənilən maneəni hiss edir, amma əsas məqsədi insanı qorumaqdır. Reaksiya müddəti millisaniyələrlə olur. Qurğunun hissələrini quraşdırarkən tam olaraq paralel yerləşməsinə əmin olmaq lazımdır. Əks halda resiver işığı qəbul edə bilməyəcək və həmişə xəta siqnalı verəcək.

Safety light curtainlər insan həyatı üçün çox təhlükə daşıyan yerlərdə quraşdırılır. Xüsusən çox sürətlə hərəkət olan yerlərdə istifadə olunur. Elə avadanlıqlar olur ki, onu operator sahədən qoşmalı olur və həmin avadanlıqların çox hərəkətli hissələrindən insanı qorumaq lazım olur. Bu məqamda safety light curtain kritik rol oynayır.

Çox böyük avadanlıqlarda bu qurğu effektiv olmur. Belə məqamlarda safety ropelar daha çox işə yarayır. Safety light curtainlər daha çox lokal bir ərazidə təhlükəsizliyi təmin etmək üçündür. Bu qurğularla bərabər avadanlıqlara adətən emergency stop düymələri də əlavə olunur.

Torna dəzgahının qarşısına quraşdırılmış safety light curtain

SON ƏLAVƏ OLUNANLAR