Proximity sensorların növləri və işləməsi

2 kabelli proximity sensoru birbaşa qidalandırmaq olmaz. Arada rele və ya kontaktor kimi yük istifadə olunmalıdır. Əks halda proximity sensor sıradan çıxacaq.
Sənayedə 2, 3, 4 kabelli proximity sensorlar istifadə edilir. 2-kabelli proximity sensorların kontaktı NO və ya NC ola bilir. Proximity sensor obyekti gördüyü zaman kontaktın vəziyyəti dəyişir və ona ardıcıl olan yük qoşulur və ya sönür. Motor dayandırmada, qapı klidi nəzarəti və obyekt aşkarlanmasında istifadə edilir. 3-kabelli və 4-kabelli proximity sensorların çıxışı isə həm analoq, həm də digital ola bilir. Analoq çıxışda 0-10 V və ya 4-20 mA siqnal verir. Siqnal obyektin məsafəsinə görə dəyişir (yaxınlaşdıqca siqnal artır). Obyektin mövcudluğu ilə bərabər məsafəsini də ölçmək mümkündür. Dəqiqliyi yüksəkdir. İstehsalat proseslərində məsafə ölçümü üçün istifadə olunur.

SON ƏLAVƏ OLUNANLAR