Kondensatorun ESR dəyəri

Kondensatorlar xarab olan zaman özlərini rezistor kimi aparırlar. Kondensatorun tutumunu multimetr ilə ölçən zaman normal dəyər versə də, ESR (Equivalent Series Resistance) dəyəri artmış olduğu üçün işləmir. Normalda ESR dəyəri 0.1 – 8.9 om arası dəyişir (tutum və gərginlikdən asılı olaraq dəyişir, cədvəl şəklində var). ESR dəyəri artdığı halda sıradan çıxmış hesab olunur. Məsələn, 0.16 k om (160 om) olanda kondensatoru yenisi ilə əvəz etmək lazımdır.

Mənbə: Atlas ESR Gold manual

SON ƏLAVƏ OLUNANLAR