ServiX Engineering layihəsinin əsas məqsədi avtomatika, elektrik və elektronika mühəndisliyi sahəsinə olan marağı artırmaq və bu istiqamətdə həm tələbələr, həm də mütəxəssislər üçün faydalı resurslar təqdim etməkdir. Bütün dünyada bu sahələr sürətlə inkişaf edir.
ServiX Engineering məhz bu inkişafa dəstək olmaq üçün yaradılıb. Layihə çərçivəsində biz həm nəzəri, həm də praktiki biliklərin paylaşılmasına önəm veririk. Çünki mühəndislik yalnız nəzəriyyədən ibarət deyil, onu tətbiq etmədən həqiqi mənada öyrənmək mümkün olmur.
Saytımızda, YouTube və sosial media səhifələrimizdə yazılar, qısa video dərsliklər və praktiki izahlarla mühəndislər üçün yaxşı məzmun hazırlamağa çalışırıq. Öz bilik və təcrübəmizi tələbələrə, gənc mütəxəssislərə və sahəyə marağı olan hər kəsə çatdırırıq.
Avtomatika üzrə laboratoriya quraraq tələbələrə real avadanlıqlar üzərində praktiki dərslər keçməyi hədəfləyirik. Bu, onların həm biliklərini möhkəmləndirəcək, həm də iş imkanlarını artıracaq.
ServiX Engineering olaraq inanırıq ki, Azərbaycanda avtomatika sahəsinin inkişafı ölkənin ümumi texnoloji və sənaye tərəqqisinə birbaşa təsir göstərəcək. Məqsədimiz bu bilikləri daha geniş kütləyə çatdırmaq, xüsusən də gənclərin bu sahəyə marağını artırmaq və onların real layihələrdə iştirakını təmin etməkdir.