ServiX Engineering Avtomatika təlimləri Azad Mirzəcanzadə İnkişaf Proqramının dəstəyi ilə təcrübəli mühəndislər tərəfindən təşkil olunacaq. Təlimlərin aprel-may aylarında həftəsonları keçirilməsi nəzərdə tutulub.
Aşağıdakı mövzularda təlimlər keçiriləcək.
- Elektrikin əsasları
- Ölçü alətləri ilə işləmək bacarığı (multimetr, osilloqraf)
- Rele-kontaktor ilə tanışlıq və praktiki tapşırıqlar
- Sahə cihazları (proximity sensor, termocüt, PT100, təzyiq sensorları)
- PT100 ilə temperatur kontrollerinin idarə edilməsi
- 2 telli və 4 telli 4-20 mA təzyiq sensorlarının bağlantısı, ölçülməsi
- Profibus xəbərləşməsi, profibus kabeli, profibus konnektoru, terminator ile real tanışlıq
- PLC ilə praktiki məsələlər
- VFD ilə mühərrikin dövrəyə alınması
- Linkedin hesabının peşəkarlaşdırılması
- CV yaradılmasına dəstək
- İş müsahibəsinə hazırlıq
Seçim prosesində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan bakalavr, magistratura tələbələri və yeni məzunlara üstünlük veriləcək.
Layihə iştirakçılar üçün ödənişsiz təşkil olunacaq.
Müraciət üçün son tarix 10.04.2026-dir.
Layihə ilə bağlı suallarınızı +994 10 726 06 98 nömrəsi ilə əlaqə saxlayaraq verə bilərsiniz.







