ServiX Engineering avtomatika təlimlərinə qeydiyyat başladı

Azad Mirzəcanzadə İnkişaf Proqramının 3-cü dalğasının qalibi olan ServiX Engineering layihəsi təcrübəli mühəndislər tərəfindən təşkil olunacaq. Təlimlərin aprel-may aylarında həftəsonları keçirilməsi nəzərdə tutulub.

Aşağıdakı mövzularda təlimlər keçiriləcək.

  • Elektrikin əsasları
  • Ölçü alətləri ilə işləmək bacarığı (multimetr, osilloqraf) 
  • Rele-kontaktor ilə tanışlıq və praktiki tapşırıqlar 
  • Sahə cihazları (proximity sensor, termocüt, PT100, təzyiq sensorları) 
  • PT100 ilə temperatur kontrollerinin idarə edilməsi
  • 2 telli və 4 telli 4-20 mA təzyiq sensorlarının bağlantısı, ölçülməsi
  • Profibus xəbərləşməsi, profibus kabeli, profibus konnektoru, terminator ile real tanışlıq
  • PLC ilə praktiki məsələlər
  • VFD ilə mühərrikin dövrəyə alınması
  • Linkedin hesabının peşəkarlaşdırılması
  • CV yaradılmasına dəstək
  • İş müsahibəsinə hazırlıq

Seçim prosesində proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan bakalavr, magistratura tələbələri və yeni məzunlara üstünlük veriləcək.

Layihə iştirakçılar üçün ödənişsiz təşkil olunacaq.

Müraciət üçün son tarix 10.04.2026-dir.

Layihə ilə bağlı suallarınızı +994 10 726 06 98 nömrəsi ilə əlaqə saxlayaraq verə bilərsiniz.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading