20 qızıl qayda: elektrik təhlükəsizliyi

Təhlükəsizlik qaydaları ilə siz iş yerində özünüzə və digər şəxslərin üzləşə biləcəyi zədə və ölüm riskini azalda bilərsiniz.

Əgər siz elektrik dövrələrində və ya elektrik avadanlıqları və alətləri ilə işləyirsinizsə, aşağıdakı qızıl qaydalara əməl etməlisiniz.

20 qızıl qayda

Qayda 1

Elektrik bağlantısı olan dövrələrlə kontaktdan uzaq olun. Bu qayda ilə zarafat etməyin, əgər bu qaydanı bilirsinizsə (bu sətirləri oxuyursunuzsa, yəqin ki, bilirsiniz), nəzərə alın ki, hadisə baş versə, çox güman ki, sizin ikinci şansınız olmayacaq. Bu, gülməli deyil.

Qayda 2

Bütün elektrik cihazları ilə işləyərkən onların işlək və elektrik enerjisinə bağlı olduğunu nəzərə alaraq davranın. Siz heç vaxt dəqiq bilmirsiniz.

Qayda 3

Elektrik cihazını təmir edərkən və ya baxış keçirərkən onu elektrik şəbəkəsindən ayırın. Əmin olmaq üçün yeganə yol budur.

Qayda 4

Elektrik qurğuları ilə işləyərkən yalnız əl ilə tutulan yerləri elektrik keçirməyən alət və avadanlıqlardan istifadə edin. Bunu yoxlamaq asandır.

Qayda 5

Elektrik avadanlıqları ilə işləyərkən heç vaxt metal qələm və ya xətkeş istifadə etməyin, üzük və ya metal saat taxmayın. Bu, xüsusən hansısa elektrik hissəsini metal qələmlə göstərərkən çox asanlıqla unudula biləcək qaydadır. Həmişə diqqətli olun.

Qayda 6

Qoşulu avadanlıqla işləmək vacib olduqda, əlinizin quru olmasından əmin olun və mümkündürsə, keçirici olmayan əlcək, paltar və izolyasiyalı ayaqqabı geyinin.

Qayda 7

Əgər işləmək təhlükəli deyilsə, yalnız bir əlinizlə işləyin, digər əlinizi yanınıza və ya cibinizə qoyun, bütün elektrik keçirici materiallardan uzaq olsun. Bu tədbir sinə boşluğundan cərəyanın keçməsi ilə nəticələnən qəzaların baş vermə ehtimalını azaldır.

Əgər insan bədənindən keçən cərəyan barədə oxusaz bunu biləcəksiniz. Ona görə həmişə bir əllə işləyin.

Qayda 8

Kondensasiya ehtimalı olan ərazilərdə və soyuq otaqlarda elektrik cihazları ilə işləməyi minimallaşdırın. Əgər avadanlıq belə ərazidədirsə, avadanlığı divara və ya şaquli panelə bərkidin.

Qayda 9

Əgər su və ya kimyəvi maddə cihaz üzərinə dağılıbsa, dərhal əsas avtomatı söndürmək və cihazı şəbəkədən ayırmaq lazımdır.

Heç vaxt enerjiyə qoşulu olduuğu halda cihazdan su və ya digər maddəni təmizləməyə çalışmayın.

Qayda 10

Əgər kimisə elektrik cərəyanı vurarsa, avadanlığa, şəxsə və kabelə toxunmayın. Dövrə ayırıcısını söndürün və ya dərin kəmərdən istifadə edərək avadanlığı şəbəkədən ayırın .

Çətin vəziyyətdir və vəziyyəti daha da qəlizləşdirməmək üçün çox sakit davranmalısınız.

Əvvəlki qaydalarda olduğu kimi — Həmişə ilk alaraq enerjini kəsin.

Qayda 11

Avadanlıq “cimildəşmə” verirsə, dərhal söndürülməli və təmiri üçün məlumat verilməlidir.

Qayda 12

Zədəli dövrəni gizlətmək üçün torpaqlamaya etibar etməyin və ya daha böyük tutumlu qoruyucu və ya dövrə ayırıcı istifadə etməyin.

Qayda 13

Heç vaxt başqasına aid olan cihaza təlimatlandırılmadan toxunmayın. Şansınızı yoxlamayın.

Qayda 14

Bütün elektrik təmas nöqtələrini və keçiriciləri heç kimin təsadüfən də olsa, təmas etməməsi üçün bağlayın. Bunu həmişə etməyə çalışın, mümkün olmasa, çox diqqətli olun.

Qayda 15

Əllər, ayaqlar və ya bədən nəm və ya tərli olduğu zamanı və ya yaş döşəmədə dayanarkən heç vaxt elektrik avadanlığı ilə işləməyin.

Qayda 16

Elektrik cihazını toxunmaq lazımdırsa (məsələn, qızmış motoru yoxlamaq), əlinizin arxasını istifadə edin. Beləliklə, təsadüfi şok əzələ daralmasına səbən olanda keçiriciyə “yapışmayacaqsınız”.

Qayda 17

Tez alışan mayeləri elektrik cihazına yaxın saxlamayın.

Qayda 18

Elektrik kabinetinin qapısı açıq olduqda interloklar avadanlıqdakı yüksək gərginlik mənbəyini ayıra bilər, amma idarəetmə dövrələri gərginlik altında qala bilər. Elektrik sxemini oxuyun.

Qayda 19

Nəzarətsiz buraxılacaq avadanlıqları və sınaq dövrələrini elektrik enerjisindən ayırın.

Qayda 20

Elektrik avadanlıqlarının yanında boş geyimlər geyinməyin və ya qalstuk taxmayın.

SON ƏLAVƏ OLUNANLAR