ServiX Engineering layihəsinin bağlanış tədbiri keçirildi

24.07.2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğasının qalibi ServiX Engineering layihəsinin bağlanış mərasimi keçirildi.

Layihəyə müraciət edən 178 namizəd arasından seçilən, ixtisasları Proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektrik və elektronika Mühəndisi olan bakalavr, magistr və məzunlardan ibarət 46 iştirakçı real sənaye təcrübəsinə əsaslanan pratiki tədris proqramını uğurla başa vurdular. Layihə iştirakçılarına avtomatika sahəsində təcrübəli olan təlimçilər Emin Allahverdi , Tərlan Vəliyev , Vahid Əhmədov , Səkinə Nağızadə , Cahangir Qaraşov və Fərid Abbaszadə tərəfindən müxtəlif mövzularda təlimlər keçirildi. Onlar proqram müddətində PLC, VFD, HMI, klapan, mühərrik, rele, kontaktor, proximity sensor, termocüt, RTD, təzyiq transmitteri, multimetr və digər sənaye avadanlıqları ilə praktiki olaraq işlədilər.

Tədbirdə layihə rəhbərləri Hüseyn Əliyev və Emin Allahverdi , həmçinin ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin direktoru Şamil Əhmədov çıxış etdilər.

Daha sonra layihəni uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olundu.

Layihənin keçirilməsində dəstək olduqlarına görə ServiX Engineering komandası olaraq Azad Mirzəcanzadə İnkişaf Proqramının direktoru Leyla Seyidzadəyə və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfat Əzizova və Məzunlarla İş və Karyera Mərkəzinin direktoru Şamil Əhmadova təşəkkür edirik. Həmçinin layihə müddətində mentor dəstəyi verdiklərinə görə Nərgiz İsmayilovaya, Aygün Məmmədovaya və İmran Muxtarova minnətdarlığımızı bildiririk.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading