G18-3A30PC modelli fotoelektrik sensorun iş prinsipi və dövrəyə alınması

Fotoelektrik sensorlar istənilən materialda olan obyekti aşkar etməyə imkan verir. İş prinsipi işıq şüasının kəsilməsinə əsaslanır. G18-3A30PC modelli fotoelektrik sensor 10-30 VDC gərginliklə işləyə bilir və çıxışı PNP tiplidir. Sensorun hissetmə diapazonu 5-30 smdir.

G18-3A30PC modelli fotoelektrik sensor 4 naqillidir və aşağıdakı kimi dövrəyə qoşulur.

Qəhvəyi rəng qida mənbəyinin + çıxışına, göy rəng qida mənbəyinin 0 çıxışına bağlanır. Qara naqil sensorun normal açıq kontaktlı çıxışıdır, ağ kabel isə normal qapalı kontaktlı çıxışdır. Qara və ağ kabellərin hər ikisi eyni anda işlədilə bilər. Həmçinin təkcə bir kontaktı da işlətmək mümkündür. Bu, sensoru hansı prosesdə istifadə edəcəyimizə bağlıdır.

4 naqilli bütün fotoelektrik sensorlar yuxarıdakı sxemdə göstərilən kimi dövrəyə alınır.

Aşağıdakı videoda bu proses ətraflı şəkildə izah olunub.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading