Sənaye ölçmə və prosesə nəzarət sistemləri real avadanlıqlar üzərində tətbiq olundu

ServiX Engineering layihəsi çərçivəsində 24.05.2026 tarixində təlimçi Cahangir Qaraşov tərəfindən “Sənaye ölçmə və prosesə nəzarət sistemləri” mövzusunda praktiki təlim təşkil edildi.

Təlim müddətində temperatur ölçmə prinsipləri, RTD və termocüt (Thermocouple) sensorları arasındakı fərqlər, sahədə rast gəlinən problemlər və onların həlli üsulları haqqında ətraflı məlumat verildi. Həmçinin temperatur kontrollerlərinin tətbiqi, 2 telli təzyiq transmitterlərinin iş prinsipi, 4-20 mA analoq siqnalların ölçülməsi və yoxlanılması mövzuları praktiki nümunələr üzərində izah olundu.

Təlim çərçivəsində temperatur sensorları, temperatur kontrolleri, VFD, təzyiq transmitterləri, rele, kontaktor, açar və siqnal lampalarından istifadə edilməklə müxtəlif idarəetmə və ölçmə dövrələri yığıldı, real sənaye tətbiqlərində rast gəlinən ssenarilər iştirakçılarla birlikdə təhlil edildi.

Təlim mövzu ətrafında geniş müzakirələr və praktiki məşğələlərlə yekunlaşdı.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading