ServiX Engineering layihəsinə start verildi

ServiX Engineering təlimlərinə start verdi!
Azad Mirzəcanzadə İnkişaf Proqramı 3-cü dalğasının qalib layihəsi olan ServiX Engineering olaraq, 25 aprel tarixində ilk peşəkar təlimimizi uğurla reallaşdırdıq. Təlimçimiz Emin Allahverdi tərəfindən keçirilən təlimdə sənaye avtomatlaşdırmasının təməl prinsipləri əhatə olundu.
Təlim müddətində iştirakçılar aşağıdakı istiqamətlər üzrə praktiki biliklərə yiyələndilər:

  • Elektrik anlayışı: AC/DC cərəyan fərqləri və sənaye gərginlikləri.
  • Komponentlər: Rele və kontaktorların iş prinsipləri, NO/NC kontaktların idarə edilməsi.
  • Praktiki tapşırıqlar: Delta PLC sistemləri, diskret sahə sensorları və multimetr ilə ölçmə metodları.
  • Texniki analiz: Elektrik sxemlərinin və datasheetlərin oxunması, həmçinin təhlükəsizlik qaydaları.

Məqsədimiz gənc mühəndisləri real sənaye mühitinə hazırlamaqdır.

SON ƏLAVƏ OLUNANLAR