Solenoid klapan elektrik enerjisi ilə işləyən avtomatik klapandır. Sənaye avtomatlaşdırılmasına su, hava, qaz, yağ və digər axınların idarə olunmasında istifadə olunur.
Solenoid klapanın əsas hissələrindən biri solenoid sarğıdır. Sarğıya elektrik gərginliyi verildikdə maqnit sahəsi yaranır və klapanın daxilindəki mexanizmi – hərəkətli nüvəni (plunger) hərəkətə gətirir. Bu hərəkət nəticəsində klapan açılır və ya bağlanır. Beləliklə, axın idarə olunur.
Solenoid klapanlar adətən 24 VDC, 24 VAC, 110 VAC və 220 VAC kimi müxtəlif gərginliklərdə işləyir.








