ZSM30MNL modelli analoq proximity sensorun iş prinsipi və qoşulması

Proximity (Yaxınlıq) sensorları obyektləri təmas etmədən aşkarlamaq üçün istifadə olunur. Adətən diskret çıxışı olur. Yəni obyekti aşkar edib-etməmə haqda siqnal verir. Amma bizim baxdığımız ZSM30MNL modelli proximity sensor analoq tiplidir. Yəni təkcə obyekti aşkar etmir, həmçinin obyektin hansı məsafədə olmasını bildirir.

Baxdığımız proximity sensorun çıxış siqnalı 0-20 mA-dir. Qidalanması isə 0-30 VDC-dir. Obyekti aşkar etmə məsafəsi 0-15 mm-dir. Sensor 3 naqillidir: qəhvəyi (+), göy (-) və qara (siqnal).

Sensorun çıxış siqnalı High->Low-dur. Yəni qarşısında heç bir maneə olmadıqda 20 mA çıxış verir. Obyekt yaxınlaşdıqca və məsafə 15 mm-dən azaldıqca bu siqnal 0 mA-ə qədər azalır.

Aşağıdakı videoda bu proses ətraflı şəkildə izah olunub.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading