ATEX direktivi: partlayış riskini azaltma strategiyaları

Yana bilən qazlar, tozlar və digər hissəciklər partlayıcı mühitlər yarada bilər. Əgər hava ilə kifayət qədər qarışmış belə maddə varsa, partlayışın baş verməsi üçün çatışmayan tək şey alışma mənbəyidir.

Partlayışlar böyük dağıntılara, insan tələfatına və ciddi zədələrə səbəb ola bilər. Partlayıcı atmosfer yaradan maddələrin yayılmasının qarşısının alınması və alovlanma mənbələrinin qarşısının alınması ən effektiv üsullardır. Uyğun avadanlıqlardan istifadə etmək bu işdə çox kömək edir.

ATEX ümumi olaraq partlayış riskinə səbəb ola biləcək havada qarışan yanıcı qazların və ya yanan tozların olmasına görə iş yerində yarana biləcək partlayıcı atmosfer təhlükəsini nəzərdə tutur, əsas məqsədi işçilərin və avadanlıqların təhlükəsizliyini təmin etməkdir. ATEX sözü fransız dilindən gəlir, “ATmosphères EXplosibles” sözlərinin ilk hecalarının birləşməsindən yaranıb. “Partlayıcı atmosferlər” deməkdir.

ATEX simvolu

ATEX direktiv olaraq Avropa İttifaqı tərəfindən ilk dəfə 2003-cü ildə qəbul edilib. Hal-hazırda iki ATEX direktivi mövcuddur: ATEX 114 və ATEX 153.

  • ATEX 114 — Partlayış ehtimalı olan mühitlərdə istifadə olunan avadanlıq və qoruyucu sistemlər üçün nəzərdə tutulub.
  • ATEX 153 — Partlayış ehtimalı olan mühitlərdə işləyən işçilərin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün tələblərdən ibarətdir.

Təhlükəli zonalarda istifadə edilən elektrik və qeyri-elektrik avadanlıqlarının özünün təhlükəsiz olmasını təmin etmək partlayışın qarşısını almaq üçün əsas üsuldur. Cihazların quruluşu elə layihələndirilir ki, istənilən şəraitdə partlayışın böyüməsi üçün təkan verə biləcək qığılcımın qarşısını alsın. ATEX qurğularının əsas məqsədi baş verə biləcək partlayışların təsirlərini azaltmaqdır. Məsələn, ATEX sinifli elektrik qurğuları elə layihələndirilir ki, atmosfordeki partlayış təhlükəli maddələr elektrik bağlantılantıları ilə təmas etməsin və partlayışın yaranması və ya böyüməsi riski azalsın.

ATEX qurğuları ilə çalışan işçi bu qurğuların necə işlədilməsi barədə təlim keçməlidir.

SON ƏLAVƏ OLUNANLAR