IP qoruma dərəcələri: toz və suya qarşı müqavimət

Qapalı hissələrin toz və suya qarşı mühafizə dərəcələri IEC 60529 standartı ilə müəyyən edilir. Bu standart qorumalarla bağlı bütün tələbləri bir yerdə toplamaq üçün ilk dəfə 1976-cı ildə nəşr edilib, hal-hazırda sənayedə geniş tətbiq olunur.

Qorunma dərəcələri “IP” (ingiliscə: ingress protection; azərbaycanca: giriş qorunması) və onun ardınca iki rəqəmlə göstərilir. Birinci qeyd olunan rəqəm avadanlıqların kənar hissəciklərdən necə qorunduğunu göstərir. İkinci rəqəm sudan qorunma dərəcəsini göstərir.

Məsələn avadanlığın üzərində IP65 yazısı qeyd olunubsa, bu o deməkdir ki, bu avadanlıq (6) toz keçirmir və (5) bütün istiqamətlərdən gələn su sıçramasına qarşı qorunur.

IP65 dərəcəli projektor

Açıq havada istifadə olunan cihazlar yüksək toz və suya qarşı müqavimət tələb edir, buna görə də ən azı IP65 və ya daha yüksək dərəcələrə malik olmalıdır.

IP dərəcələri avadanlığın istifadə ediləcəyi mühitə uyğun seçilməlidir. Bu standartın düzgün tətbiqi avadanlığın uzunömürlülüyünü artırır və təhlükəsizliyini təmin edir.

SON ƏLAVƏ OLUNANLAR