ISO 20560: Borunun təyinatını bilmək üçün qlobal standart!

ISO 20560 standartı iş yerində təhlükəsizliyi daha çox təmin etmək məqsədi ilə boruları və çənləri aşkar şəkildə işarələmək üçün nəzərdə tutulub.

Boru layihələri üçün təhlükəsizlik məlumat sistemi aşağıdakı məlumatları özündə əks etdirməlidir:

  • Borudan keçən maddəni bildirmək üçün rəng kodları;
  • Məzmun adı;
  • Axının istiqamətini göstərən oxlar;
  • Ehtiyac olduqda xəbərdarlıq işarələri;

Borudan keçən maddə əlavə təhlükələr yaradırsa, əsas müəyyənləşdirmə rəngindən əlavə sarı rəngli hissədə təhlükə barədə məlumat verilməlidir. Təhlükəli maddələri əlavə olaraq fərqləndirməyə ehtiyac olmadıqda, yalnız sarı rəngdən istifadə edilməklə işarələnə bilər. Aşağıdakı cədvəldə rənglər ətraflı göstərilmişdir:

Axın istiqamətini tək oxla, ehtiyac olduğu hallarda ikitərəfli oxla göstərmək mümkündür. Oxun uzunluğunu və qalınlığını görünməsini rahatlaşdırmaq üçün böyütmək və balacalaşdırmaq mümkündür. Oxun rəngi ağ fonda qara rəng, yazı rəngi və ya təhlükəsizlik rəngində (sarı) ola bilər.

Nümunə olaraq hava xətti üçün işarələyici aşağıda verilmişdir:

SON ƏLAVƏ OLUNANLAR