OEE: İstehsal performansınızı necə yoxlamalısınız?

OEE (Overall Equipment Effectiveness — Ümumi Avadanlıq Effektivliyi) istehsalat məhsuldarlığını ölçmək üçün qızıl standartdır. Sadə dillə desək, həqiqətən məhsuldar olan istehsal zamanını müəyyən edir. İdeal OEE göstəricisi 100%-dir. Bu o deməkdirdir, siz heç bir dayanma olmadan, ən sürətli formada yalnız yararlı məhsullar istehsal etmisiniz. OEE-ni ölçməkdə əsas məqsəd davamlı inkişafa nail olmaqdır.

OEE-ni müəyyən edən üç əsas göstərici var:

  • Mövcudluq — planlaşdırılmış və ya planlaşdırılmamış dayanmaları nəzərə alır. 100 % mövcudluq göstəricisi o deməkdir ki, proses planlaşdırılmış istehsal vaxtı ərzində dayanma olmadan işləyib.
  • Performans — bir məhsul istehsal etmək üçün sərf olunan zaman və kiçik dayanmaları nəzərə alır. Bu göstəricinin 100 % olması onu bildirir ki, istehsalat prosesi ən yüksək sürət ilə çalışıb.
  • Keyfiyyət — qüsurlu məhsulları nəzərə alır (təkrar emal edilməli olan məhsullar da daxil olmaqla). 100% keyfiyyət göstəricisi, istehsal müddətində heç bir qüsurlu məhsulun buraxılmadığını, ancaq uyğun məhsulların istehsal edildiyini göstərir.
  • OEE bütün itkiləri nəzərə alır. 100%-lik OEE göstəricisi dayanma müddəti olmadan, ən sürətli şəkildə ancaq uyğun məhsulların istehsal olunduğunu göstərir.

OEE hesablanması

Məsələn, əgər bir maşın 12 saat işləməlidirsə, amma plansız dayanmalara görə 11 saat işləyibsə, mövcudluq göstəricisi (11/12) 91.7 % olacaq.

Bundan sonra, istehsalat avadanlığının faktiki sürətini onun maksimal sürətinə bölərək performans göstəricisini ölçün.

Hesab edək ki, 12 saat işləyən və saatda 1000 ədət istehsal gücünə malik bir avadanlığınız var. Maksimum məhsuldarlıq 12000 olmalıdır. Amma bu avadanlıq həmin müddətdə sadəcə 11500 ədəd məhsul istehsal edirsə, bu avadanlığın performans göstəricisi (11500/12000) 95.8 % olur.

Nəhayət, avadanlığın istehsal etdiyi məhsulların keyfiyyəti müəyyən olunmalıdır. Keyfiyyət istehsal olunmuş işlənə bilən uyğun məhsulların sayının ümumi istehsal olunmuş məhsullara bölünməsi ilə hesablanır.

Əgər avadanlıq 12 saata 12000 məhsul istehsal edibsə və onun 300-ü keyfiyyətsiz məhsuldursa, o halda istifadəyə yararlı məhsul sayı 11700-dür. Beləliklə, keyfiyyət göstəricisi (11700/12000) 97.5% olacaq.

İndi bizim əlimizdə hər üç göstərici var və ümumi OEE göstəricisini müəyyənləşdirə bilərik.

Məsələn, yuxarıda tapdığımız kimi, əgər mövcudluq 91.7 %, performans 95.8 % və keyfiyyət 97.5 % hesablanıbsa, ümumi OEE göstəricisi (91.7×95.8×97.5) 85.7 % olacaq.

OEE necə istifadə olunur?

OEE istehsal prosesinin nə qədər səmərəli olduğunu bildirən göstəricidir. Bununla zəif fəaliyyət göstərən avadanlıqları müəyyən etmək və onları bu üç göstəricidən biri və ya bir neçəsi ilə əlaqələndirmək mümkündür. Problemin mənbəyi tapılandan sonra onu yaradan nəzərə çarpmayan məsələləri müəyyənləşdirib yaxşılaşdırmaq olar.

SON ƏLAVƏ OLUNANLAR