Niyə kabel ucluqları istifadə etməlisiniz?

Kabel ucluqları kabelin elektrik terminalına etibarlı və təhlükəsiz şəkildə bağlanmasını təmin edir. Onlar təkcə səliqə yaratmır, həmçinin elektrik bağlantısının keyfiyyətinə və təhlükəsizliyinə təsir edir.

Kabel ucluqları vurmadan da elektrik naqillərini qurğuların (məsələn, rele, kontaktor, düymə, işıq və s.) terminallarına bağlamaq mümkündür və uzun müddət işləyə də bilər. Amma bu halda bir müddət keçdikcə kontaktda boşalma yaranma ehtimalı var. Xüsusən vıbrasiya olan mühitlərdə ucluqsuz bağlanan naqillər daha tez boşala və bağlantı kəsilə bilər. Kontaktda boşluq olanda orada qızma yaranma ehtimalı da çox olur.

Həmçinin ucluqlar qısaqapanma riskini də minimallaşdırır. Ucluq vurmadan bağlanan naqillərdə tellərin təsadüfən digər terminallara və ya avadanlığın gövdəsinə toxunma riski çox olur.

Vizual olaraq da ucluq vurulmuş naqillərlə montaj olunmuş elektrik kabinetləri daha gözəl görünür. Həmçinin ucluqlu naqilləri açmaq, yenidən bağlamaq daha asan olur. Ucluqsuz naqilləri hər dəfə terminala bağlayanda naqilin telləri zədələnir.

SON ƏLAVƏ OLUNANLAR