ServiX Engineering layihəsi çərçivəsində 09.05.2026 tarixində təlimçi Vahid Əhmədov tərəfindən “P&ID Təhlili və oxunması: Proseslərin Avtomatlaşdırılması Mühəndisləri üçün” mövzusunda praktiki təlim təşkil edildi.



Təlim müddətində PFD və P&ID arasındakı fərq, P&ID-dəki əsas simvollar, klapanların növləri, NÖC cihazlarının adlandırılması və taqlar, sadə və real sənayedəki P&ID nümunələri, P&ID sənədinin bölmələri və oxunma qaydası mövzuları tədris olundu. Təlim iştirakçılara sadə avtomatik sistemin P&ID-sinin qurulması tapşırığı və bunun müzakirəsi ilə yekunlaşdı.







