Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasının qalibi olan ServiX Engineering layihəsi çərçivəsində 24.05.2026 tarixində təlimçi Emin Allahverdi tərəfindən “Çıxış qurğuları. Mühərrikin VFD ilə idarə olunması” mövzusunda praktiki təlim təşkil edildi.


Təlim müddətində çıxış qurğularının müxtəlif növləri, mühərriklərin qoşulma alınma üsulları tədris olundu. İştirakçılar GMTCNT micno markalı VFD ilə tanış oldular. VFD-nin parametrlərini dəyişərək asinxron mühərriki VFD üzərindəki düymələrlə və terminallara qoşulmuş giriş qurğuları ilə idarə etdilər. VFD-nin parametrləri vasitəsilə tezlik, işə qoşulma və dayanma zamanları dəyişdirildi. 2 naqilli və 3 naqilli idarəetmə rejimləri praktiki olaraq test edildi.







