Mühəndislər üçün CV və müsahibə bacarıqları təlimi təşkil olundu

ServiX Engineering layihəsi çərçivəsində 25.05.2026 tarixində təlimçi Kənan Rəhimli tərəfindən “CV yazılması və iş müsahibəsinə hazırlıq” mövzusunda onlayn təlim təşkil edildi.

Təlim müddətində mühəndislər üçün CV-nin strukturlaşdırılması izah edildi, CV-lərdə ən çox edilən səhvlər müzakirə olundu. Düzgün və yanlış CV nümunələri iştirakçılara göstərildi. Linkedin profilinin düzgün doldurulması ilə bağlı faydalı məsləhətlər verildi.

Həmçinin iş müsahibələrində ən çox verilən suallar və namizədlərin tez-tez etdikləri səhvlərə toxunuldu. Müsahibələrdə bədən dilinin və düzgün kommunikasiya qurulmasının əhəmiyyəti, maaş danışıqlarının aparılması iştirakçılarla müzakirə edildi.

SON ƏLAVƏ OLUNANLAR

Discover more from ServiX Engineering

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading