26.04.2026-cı il tarixində Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasının qalibi olan ServiX Engineering layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti praktiki təlim keçirildi.
Təlimçi Emin Allahverdi tərəfindən keçirilən təlim sənaye avtomatlaşdırmasında önəmli olan “Diskret sahə sensorları və sviçləri” mövzusuna həsr olunmuşdur. Təlim müddətində aşağıdakı məsələlər praktiki şəkildə təhlil edildi:

- Mexaniki təmas vasitəsilə kontaktını dəyişən limit sviçlərinin iş prinsipləri;
- İnduktiv və tutum tipli yaxınlıq sensorlarının işləmə prinsipləri;
- PNP və NPN tipli sensorların dövrəyə qoşulması;
- Through beam, retro reflektive və diffuse tipli fotoelektrik sensorların tətbiqi;
- Sensorların idarəetmə dövrələrində rele ilə birgə tətbiqi və sxemlərin oxunması.







