Rəqəmsal elektronika və PLC-ə giriş mövzusunda təlim baş tutdu

Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasının qalibi olan ServiX Engineering layihəsi çərçivəsində 2 may 2026-cı il tarixində növbəti təlim reallaşdırıldı.

Təlimçi Emin Allahverdi tərəfindən keçirilən təlim Rəqəmsal elektronika və PLC-ə giriş mövzusuna həsr olunmuşdur. Təlimin ilk hissəsində rəqəmsal elektronikanın əsas prinsipləri ilə tanışlıq mərhələsi baş tutdu.


Praktiki mərhələdə PLC CPU və giriş çıxış modulları ilə tanışlıqdan başlanaraq iş prosesində istifadə olunan proqram təminatları öyrədildi. Təlim müddətində Delta firmasına aid COMMGR proqramının sazlanması, ISPsoft proqramında yeni layihənin yaradılması və simulyasiya rejimində işləmə qaydaları nümayiş etdirildi. Eyni zamanda Delta DVP seriyalı SE markalı PLC-ə bağlanma, proqramın PLC-ə və PLC-dən yüklənməsi prosesləri icra olundu. Proqramlaşdırma hissəsində isə NO və NC kontaktları ilə COIL-un qoşulması, eləcə də SET və RESET funksiyalarının tətbiqi ilə müxtəlif dövrələr quruldu.

ServiX Engineering olaraq mühəndislik təhsilində nəzəri və praktiki tapşırıqlarla tələbələrin təcrübələrinin artırılmasına davam edilir.

SON ƏLAVƏ OLUNANLAR