Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasının qalibi olan ServiX Engineering layihəsi çərçivəsində 3 may 2026-cı il tarixində növbəti təlim baş tutub.
Təlimçi Tarlan Valiyev tərəfindən “Sənaye Avtomatlaşdırılmasının Arxitekturası: PLC, HMI və SCADA Sistemlərinin Praktik Tətbiqi” mövzusunda praktiki təlim təşkil edildi.



Təlim müddətində TIA Portal proqramı vasitəsilə Siemens S7-1200 markalı PLC proqramlaşdırıldı və KTP 600 markalı HMI panel dizayn edildi və PLC ilə kommunukasiya quruldu. İştirakçılar PLC və HMI vasitəsilə çən səviyyəsinin idarə olunması, həmçinin analoq giriş siqnalından istifadə edərək GMTCNT Micno markalı VFD vasitəsilə asinxron mühərriki idarə edilməsi proseslərini icra etdilər.







