ServiX Engineering layihəsi çərçivəsində 23.05.2026 tarixində təlimçi Səkinə Nağızadə tərəfindən “Nəzarət və Ölçü cihazlarının sənayedə tətbiqi və problemlərin aradan qaldırılması üsulları” mövzusunda təlim təşkil edildi.



Təlim müddətində neft quyularında qumun təyin olunmasının önəmindən, qumun aşkarlanması sisteminin dizaynı və yarana biləcək problemlərin həllindən danışıldı. Həmçinin Radiometrik (Nüvə) səviyyə ölçmə prinsipi və ölçmə sisteminin kalibrasiyası, problemlərin aradan qaldırılması barədə geniş məlumatlar verildi. Təlim mövzu ətrafında geniş müzakirələrlə yekunlaşdı.







